First slide
“Çox yalvardı, qapımda da yatdı, amma bağışlamadım” - Mina xəyanətdən danışdı

Müğənni Mina Hüseyn ARB telekanalında yayımlanan “Hüseynova bacıları” verilişinin növbəti qonağı olub.

Panoram.az Yenisabaha istinadən xəbər verir ki, ifaçı xəyanətlə üzləşməyindən danışıb:

“İlini verdim, basdırdım. Artıq bu söhbəti bağlamışam, istəmirəm danışmaq.Bağışlamadım. Məncə, bir dəfə səhv etdisə, xəyanət etdisə, bağışlamaq olmaz. Gəldi çox yalvardı, qapımda da yatdı, amma mən bağışlamadım”.

Qeyd edək ki, Mina bundan əvvəl də dəfələrlə xəyanətə uğradığını etiraf etmişdi:

“Mən sadəcə sənət haqqında düşünürəm. Sevgi qapılarını bundan sonra heç vaxt açmaram. Çünki mən özümü dünya ulduzu kimi görmək istəyirəm. Dəfələrlə xəyanətlə üzləşmişəm. Üç sevgilim olub, üçündən də xəyanət görmüşəm”.


12.02.2020 08:51
113
Loading...