First slide
Çox ət yemək bu xəstəliyə səbəb olurmuş... - Həkim danışır - Video

“Çox ət yemək bağırsaq xərçənginin inkişafına səbəb olan amillərdən biridir”.

"Yeni Sabah" xəbər verir ki, bunu APA TV-nin “Öncə sağlıq” proqramında həkim-qastroenteroloq-hepatoloq Arzu Yusifova deyib.

Onun sözlərinə görə, qidalanma şişlərin yaranmasının əsas səbəblərdən biri sayılır. Aparılan araşdırmalar bitkilərlə qidalanmaya üstünlük verənlərdə bağırsaq şişlərinə daha az rast gəlindiyini göstərir.

İrsi faktorun təsiri barədə danışan mütəxəssis ailə üzvlərində bağırsaq xərçəngi olanların risk qrupuna daxil olduğunu vurğulayıb.

Həkim, profilaktika məqsədilə 40 yaşdan sonra bağırsaq müayinəsinin aparılmasını tövsiyə edib.

A.Yusifova bağırsaq şişləri, bağırsaqlarda yaranan digər problemlər barədə danışıb, bir çox sualları cavablandırıb.

Ətraflı videoada tanış ola bilərsiniz.


12.01.2020 21:55
4