First slide
Cinsi orientasiyasını dəyişən qız Rusiyaya göndərildi

Anası tərəfindən zorla Bakıya gətirilən 18 yaşlı Sevgiya Sübhani İsmayılova vətəndaşı olduğu Rusiyaya yola salınıb.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə yerləşdirilən gənc qızın əlindən alınan sənədləri Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşlarının araşdırmalarından sonra özünə qaytarılıb.

BŞBPİ-nin əməkdaşları tərəfindən təhlükəsizliyi yüksək səviyyədə təmin edilən S.İsmayılova bu gün Rusiyadan gəlmiş qanuni nümayəndəsi ilə birlikdə Moskva şəhərinə göndərilib.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev faktı təsdiqləyib.

Qeyd edək ki, Rusiya mətbuatının yazdığına görə, Krasnoyarsk sakini olan qız cinsi orientasiyasını dəyişdiyini etiraf etdikdən sonra anası tərəfində zorla Bakıya gətirilib, sənədləri, telefonu və antidepresantları əlindən alıb.

Milliyyətcə azərbaycanlı olan S.İsmayılova Rusiyanın Norilsk şəhərində dünyaya gəlib, ancaq Krasnoyarsk şəhərində yaşayıb. O, Krasnoyarsk Dövlət Tibbi Universitetində oxuyur. Ana ilə münaqişə qızın öz cinsi orientasiyasını elan etməsindən və sevgilisi barədə etiraflardan sonra başlayıb.

//Report

19.01.2020 20:10
463

Loading...
close
close