First slide
Çində qasırğa: Ölən və xəsarət alanlar var

Çinin şimal-şərqindəki Heyluntsyan vilayətində güclü qasırğa meydana gəlib.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Təbiət hadisəsi nəticəsində azı bir nəfər ölüb, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Təxinən 30 dəqiqə ərzində davam edən qasırğa dörd yaşayış məntəqəsinə ciddi zərər vurub. 148 ev dağıdılıb, 240 sakin təxliyə olunub.

İlkin hesablamalara görə, qasırğa 795 min dollarlıq maddi zərərə səbəb olub.

03.06.2021 10:47
4952
Loading...