First slide
Çində qalan azərbaycanlı tələbələri Türkiyə təyyarəsi gətirəcək - Çavuşoğlu AÇIQLADI

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu koronavirusla bağlı Çində qalan azərbaycanlılarla bağlı danışıb.


 


Mövlud Çavuşoğlu Modern.az-a açıqlamasında məsələni diqqətdə saxladıqlarını deyib.


 


“Virus yayılan bölgədə  7 azərbaycanlının olması barədə məlumatımız var. Yaxın vaxtlarda Türkiyədən Çinə təyyarə gedəcək  və orada qalan Türkiyə vətəndaşlarını gətirəcək”.


 


Çavuşoğlu qeyd edib ki, azərbaycanlı tələbələr də Türkiyə təyyarəsi ilə gətiriləcək:


 


“Artıq məlum məsələ ilə bağlı Rəcəb Tayib Ərdoğanla danışmışam və Azərbaycan tərəfinə də bu barədə məlumat verilib. Orada qalan azərbaycanlı tələbələr Türkiyə təyyarəsi ilə gətiriləcək”.

       
29.01.2020 15:13
14
Loading...