First slide
Çində koronavirusdan 304 nəfər öldü: Yoluxanların sayı 14489 nəfərə çatdı

Çində daha 109 nəfərdə koronavirus aşkarlanıb.

BakuPost xəbər verir ki, 2019-nCoV koronavisuruna yoluxanların sayı 14489 nəfərə çatıb.

Qeyd edilir ki, 418 nəfər xəstəxanadan evə buraxılıb.

Rəsmi statistikaya əsasən virusa yoluxanlar arasında birinci yerdə Xubey əyaləti (9000 nəfərdən çox xəstə, 294 ölü) tutur. Siyahıda daha sonra Çjeçzyan əyaləti qərarlaşıb. Burada 661 nəfər yeni virusa yoluxub. Həmçinin Quandun əyalətində 632 nəfər, Xenanda isə 493 sakin (daha 2 ölüm) bu virusun daşıyıcısıdır.

Daha əvvəl Çində 14380 nəfərin koronavirusa yoluxduğu xəbər verilib.


02.02.2020 21:49
129
Loading...