First slide
Cəfər Cabbarlının heykəlinin ətrafı hasarlandı - SƏBƏB

Metronun “28 May” stansiyasının çıxışında Cəfər Cabbarlının heykəlinin ətrafı hasarlanıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, metropoliten tərəfindən ərazinin hasara alınmasında məqsəd tunellərdə havalandırma məsələsinin daha da yaxşılaşdırılmasıdır:

“Ərazidə işlərin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətindən müvafiq icazə alınıb. İcazə əsasında metropoliten əməkdaşları tərəfindən “28 May” metrostansiyasının çıxışında yerləşən Cəfər Cabbarlının heykəlinin ətrafı hasarlanıb.

Görülən işlərin birinci səbəbi tunellərdə havalandırmanın keyfiyyətini daha da artırmaq, ikinci bir səbəb isə tunellərin konstruksiyasını ətraf mühitin təsirindən daha da yaxşı qorumaqdır. İşlər yekunlaşdıqdan sonra ərazinin estetik görünüşünə görə orada köşk qoyulacaq”.


12.02.2020 14:00
103
Loading...