First slide
Bütün günü qaşınırsız? Sizdə bu element çatışmır – Dəhşətli əlamətlər

Sink bütün mineralların şahıdır, vitamindən də çox vaxt vacibdir. Azərbaycan əhalisinin çox qismi sink çatışmazlığından əziyyət çəkir. Bunu xarici əlamətlərlə görmək olar.

Panoram.Az medicina.az-a istinadən bildirir ki, sink defisiti olan insanda baş beyin normal işləmir, hüceyrələr yenilənə bilmir.

Əgər sizdə bədəninizdə, qollarda, çiyində, başda, boyunda səbəbsiz qaşınmalar olursa, bu sinkin çatışmadığının əlaməti ola bilər.

Sinç defisitinin digər simptomları:

- Dəri ilə bağlı bir çox problemlər - sinkin 6%-I dəridə olur, dərini qoruyur. Sinkin sayəsində A, E vitaminləri də yaxşı sovrulur. Ona görə dəridə qızarma, sızanaq, qaşınma, səpki varsa, deməli sink azdır.

- Tez -tez xəstələnir, zökəm olursuz - o deməkdir ki, immuniteti möhkəmləndirən sink yoxdur və orqanizm yaxşı müdafiə olunmur, ona görə harda virus var sizi tapır.

- Yata bilmirsiz, yerinizdə fırlanırsız - insane rahat yuxu bəxş edən hormone melatonindir. Sink az olduqda, bu hormone hasili azalır və yuxu pozulur. Yuxusuz qalan insanın səhhətində isə ciddi problemlər baş qaldırır. Əgər yuxu probleminiz var, sinkdən analiz verin, mütləq az çıxacaq. Yeganə yolu sinki artırmaqdır.

- Saçların çox tökülməsi - sink çatışmazlığı tük follikullarını strukturunu zəiflədir, onun zülal ehtiyatını tükədir, ona görə saçlar zəifləyir, uzanmır və tökülür. Heç bir yağ, şampun saçları bərpa etməyəcək, əgər sizdə sink azdırsa

- Allergik reaksiyalar

Az qala hər şeyə allergiyanız varsa və bunu normal qarşılayırsızsa, səhv edirsiz. İnsanın orqanizmində məhz sink histaminləri blok edir. Sink az olanda histaminlər orqanizmdə artır və allergik reaksiya baş verir.

Allergik burun axma, səpmə, qaşınma zamanı əlbəttə ki, allerqoloqa getmək lazımdır, amma həm də sinkin səviyyəsini analiz vermək mütləqdir.


       
02.02.2020 10:29
11
Loading...