First slide
Bu yollar buz bağlayacaq — XƏBƏRDARLIQ

Ötən gecədən ölkə ərazisinə yağmağa başlayan intensiv qar Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxıdan və Ağsu dolaylarından keçən hissələrində, eləcə də Muğanlı-İsmayıllı yolunda daha çox müşahidə edilib.

"Ölkə.Az"ın Trend-ə istinadən verdiyi məlumata görə, yolların qardan təmizlənməsi üçün gecə saatlarından əraziyə texnika və canlı qüvvə cəlb olunub. Yolun hərəkət hissəsinə duz və qum səpilərək avtomobillərin hərəkəti təmin edilib.

Hazırda Ağsu dolaylarında hər iki istiqamətdə yol açıqdır. Gecə saatlarında şaxta düşərsə, sürücülərin ehtiyatlı olması tövsiyə edilir.


03.01.2020 22:53
630

Loading...