First slide
Bu yeməyin içindən pul çıxır (VİDEO)

Şabranın Ağalıq kəndində yaşayan axıska türklərinin mətbəxi öz zənginliyi ilə seçilir. 

Panoram oxu.az-a istinadən xəbər verir ki, xüsusən qış aylarında axıskalıların süfrələrini əsasən xəmir yeməkləri, mantı-xəngəl bəzəyir.

Axıska türklərinin hazırladığı xəngəl daha çox azərbaycanlıların ləziz yeməyi olan düşbərəni xatırladır.

Hazırlanma prosesi isə mantı ilə eynidir. Bu yeməyin hazırlanmasında daha çox diqqət çəkən məqam xəngəllərdən bir neçəsinin içərisinə  xırda dəmir pulların qoyulmasıdır.

Sakinlər bildirir ki, inanca görə, həmin pullar kimin  xəngəlindən çıxsarsa, o şəxsi xoşbəxtlik gözləyir və tutduğu arzular çin olur.

Axıska türklərinin qış süfrələrini xəngəl və mantı ilə yanaşı qətmər, samsa, bazlama, kətə kimi milli təamları da bəzəyir.

Qeyd edək ki, Axıska türkləri (Məshəti türkləri) – Gürcüstanın cənubi-qərbində yerləşən Məshəti vilayətindən olan subetnik türk qrupudur.

Onlar zaman-zaman müxtəlif ölkələrə deportasiya ediliblər. 

Ətraflı videomaterialda:


02.01.2020 23:33
485

Loading...