First slide
Bu spirtli içkiləri harda görsəniz uzaq durun - Azərbaycanlı kardioloqdan dəhşətli SİYAHI

Son zamanlar saxta spirtli içkilərdən zəhərlənənlərin sayı artıb. Onlardan dördünün həyatını xilas etmək mümükün olmayıb.

Medicina.az xəbər verir ki, kardioloq Yusif Ağayev öz sosial şəbəkə hesabında saxta içkilərlə bağlı xəbərdarlıq edib. Həkim, aralarında məşhur içki adlarının da olduğu siyahı yazaraq, onlardan uzaq durmaq xəbərdarlığı edib:

“Chivas Regal 12”, “Chivas Regal 18”, “Chivas Regal 21”, “Jameson”, “Grands”, “Jack Daniels” adlı və s. viski, “Nemirov”, “Ruskiy Standart”, “Belyuga”, “Grey Gouse”, “Minsk”, “Qu Quşu”, “Region”, “Grey Cardinal” adlı və s. araq, “Patron”, “Olmega”, “Siera”, “El Chapo” adlı tekila, “Henessy” və “Remy Martini” konyak.

Yuxarıda adı çəkilən spirtli içkiləri harda görsəniz uzaq durun. Ən azından bir müddət. Bakıda Viskidən 8 nəfər zəhərlənib zəhərlənənlərdən ikisi ölüb, qalanları isə böyük ehtimal korluqla barışmalı olacaqlar".

Yusif Ağayev həm də, metanol zəhərlənməsi barədə məlumat qeyd edib:

"Spirtli içkilərin tərkib hissəsi olan etanoldan ( etil spirti) fərqli olaraq metanol (metil spirti) qaraciyərdə alkoqol dehidrogenaza fermenti vasitəsi ilə orqanizm üçün çox yüksək zəhərli olan formaldehidə çevrilir və bu da qəbul olunmuş spirt miqdarından aslı olaraq ölümə və ya yüngül formalı zəhərlənmələrdə görmə sinirlərinin zədələnməsi nəticəsində korluğa səbəb olur. 15 ml ( el dili ilə desək 15 qram ) metanol öldürücü təsir üçün yetərlidir".


06.01.2020 10:51
252
Loading...