First slide
Bu şəxs koronavirusdan milyardlar qazanır

Koronavirusa görə iş adamlarının müflis olduğu dövrdə 50 yaşlı çinli iş adamı milyardlar qazanıb.

BAKU.WS xəbər verir ki, bu virus təhlükəsilə karantin rejiminə tabe olub evdən çıxmayan insanların daha çox yüklədiyi "Zoom" tətbiqinin qurucusu Erik Yuan adlı biznesmen-milyarderin sərvəti son ayda 4 milyard dollar artaraq 6,3 milyard olub.

İnsanların evdən işləməyə başlaması və doğmaları ilə danışmaq ehtiyacı onlayn görüşləri mümkün edən tətbiqlərə rəğbəti artırıb. Bu populyar tətbiqlərdən biri olan "Zoom" bir neçə həftə ərzində 20 milyon insan tərəfindən yüklənib. 

Eyni anda bir çox insanla videokonfransda iştirak imkanını təmin edən "Zoom"un bazar dəyəri 42 milyarda yüksəlib. 


02.04.2020 11:14
254

close
close