First slide
"Bu mövzuda özümə hakim ola bilmirəm" - Demet Özdemir

“Doğduğun ev kaderindir” serialı ilə yenidən ekranlara geri dönən aktrisa Demet Özdemir ticarət mərkəzlərindən birində görüntülənib.

Axşam.az xəbər verir ki, aktrisa bəyəndiyi bir ayaqqbının 5 rəngini də birdən alıb. Ayaqqabılar üçün 9 min lirə (təxminən 2500 AZN) ödəyən Demet alış-veriş zamanı özünə hakim ola bilmədiyini söyləyib:

"Heç nədə nəfsim yoxdur. Hər şeyə dözə bilərəm. Amma bu mövzuda bəzən özümə hakim ola bilmirəm".

Qeyd edək ki, Özdemir həmkarı Can Yamanla çəkildiyi “Erkenci kuş” serialından sonra daha çox məşhurlaşıb.

05.01.2020 23:02
5