Bakıda faəliyyət göstərən 125 saylı marşrutda gediş haqqı 35 qəpikdən 40 qəpiyə qaldırılıb.
Bu barədə Yenisabah.az-a sərnişinlər verib. Onlar əvvəlcə bunun sürücülərin özfəaliyyəti olduğunu düşünüblər və məsələ ilə bağlı onlardan izahat tələb ediblər. Sürücülər isə gediş haqqının Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən artırıldığını bildiriblər.
Sərnişinlər BNA-nın qiymət artımına sosial şəbəkə vasitəsilə etirazlarını bildiriblər.