First slide
Bu kombi qaza 3 dəfə qənaət edir - VİDEO

Oğuzda uzun illər istilik sistemlərinin quraşdırılması və təmiri ilə məşğul olan usta standart avadanlıqlardan istifədə edərək istilik sistemi düzəldib.

BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, onun düzəltdiyi kombi həmdə qaza bir neçə dəfə qənaət edir. Bu kombi qaza 3 dəfə qənaət edir.

Oğuz sakini Asəf Mehdiyev su qızdırıcı cihaza əlavə avadanlıqlar qoşaraq kombi düzəldib. Bu istilik sistemi kombi avadanlığı kimi su ilə doldurulur, özü işə düşür, fasilələrlə işləyir.

Ustanın sözlərinə görə, digər kombilərdə qaz püskürən detalların sayı cox qoyulduğundan sərfiyyat da artıq olur. Yeni düzəldilən bu cihazın avtomatik işləməsi üçün bütün detallar quraşdırılıb.

Üstəlik bu istilik sistemi mavi yanacağa bir neçə dəfə qənaət edir.

Artıq dörd ildir ki, bu avadanlıqdan istifadə edən oğuz sakini istilik sistemində hələlik heç bir çatışmazlıqla rastlaşmadığını bildirir.


16.12.2019 08:55
789
Loading...