First slide
Bu gün şəhid Ramiz Ağayevin doğum günüdür

Bu gün Vətən Müharibəsi şəhidi çavuş Ramiz Ağayevin doğum günüdür.

Xüsusi Təyinatlı Qüvvələrin çavuşu Ramiz Ağayev Murov istiqamətində gedən döyüşlərdə iştirak edib, Murovdağ zirvəsinin düşməndən azad edilməsində xüsusi şücaətlər göstərib.

Daha sonra Füzuli uğrunda  döyüşlərdə 3 güllə yarası alıb. Bir boğaz nahiyəsindən 2 çiyin nahiyəsindən.

Hospitalda qısa müddət müalicə aldıqdan sonra Şuşa istiqamətində gedən döyüşlərə qatılıb və şəhər qalası uğrunda mübarizədə qəhrəmancasına şəhid olub.

Şuşa qalasında ürəyindən qəlpə yarası alaraq şəhidliyə ucalıb.

Şəhidimiz general-mayor Polad Həşimovun dəfn olunduğu yerdə torpağa tapşırılıb.

25.07.2021 20:28
1375
Loading...