First slide
Bu gün Ramazan ayının sonuncu günüdür

Bu gün Ramazan ayının 29-cu, yəni sonuncu günüdür.

“Report”un xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 13-ü (şəvval ayının 1-i) Ramazan bayramıdır. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı isə Ramazan ayının son günü — bayram axşamı şam namazından sonradır.

QMİ-nin Qazılar Şurasının Fətvasına görə adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 14-dən başlayıb.

12.05.2021 11:16
9108
Loading...