First slide
Bu gün Məhərrəm ayı başlayır

Bu gün müqəddəs Məhərrəm ayı başlayır.

Məhərrəm ayının 1-i Miladi təqvimlə 2021-ci il avqust ayının 10-na, Məhərrəm ayının 10-u - Aşura günü isə 2021-ci il avqust ayının 19-na təsadüf edir.

Aşura İmam Hüseynin və ailəsinin Miladi təqvimlə 680-ci ildə Kərbəla çölündə xəlif Yezidin sülaləsi tərəfindən qətlə yetirilməsi ilə əlaqəli olan bir məsələdir. Həmin tarix Azərbaycanda hüzn günü kimi qeyd edilir.

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınacaq.

Bu il keçiriləcək mərasimlərlə bağlı QMİ tərəfindən bildiriliş verilib:

“Məhərrəmlik bu il də dünyada davam edən koronavirus bəlası ilə əlaqədar müvəqqəti məhdudiyyətlər şəraitində keçəcək. Məcburi karantin tədbirləri virus təhlükəsinin çoxalmaması üçün insanların sıx toplaşmaması qaydalarını nəzərdə tutur. Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, sosial məsafənin təmini mümkün olmayan kütləvi mərasimlərdə virusa yoluxma sayının artma təhlükəsini nəzərə alaraq, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadətlərin və mərasimlərinin karantin qaydalarına uyğun olaraq keçirilməsi vacibdir”.

10.08.2021 11:02
2041
Loading...