First slide
Bu futbolçular Azərbaycan millisindən qovuldu - Səbəbi...

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətindən iki futbolçu kənarlaşdırılıb. 

Unikal.org-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar "Neftçi"dən Elnur Hüseynov və "Zaqatala" klubundan Vüsal Şabanovdur. 

Hər iki qolkiper nizam-intizam qaydalarını pozduqları üçün (siqaret çəkdikləri üçün) komandanın heyətindən kənarlaşdırılıblar.

Qeyd edək ki, hər iki futbolçunun intizamsız davranış barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.


20.01.2020 22:17
402

Loading...