First slide
Bu ərazilərdə su olmayacaq

Bu gün Sumqayıtın bir sıra ərazilərinə içməli suyun verilməsində saat 09:00-dan 17:00-dək məhdudiyyətlər olacaq.

Panoram.az-ın APA-ya istinadla verdiyi məlumata görə, Sumqayıt şəhərində istehlakçıların içməli su təchizatı ilə təmin edən 450 millimetrlik su boru xəttində yaranan problemlə əlaqədar olaraq 16, 17, 18-ci mikrorayonlarda, 48-ci məhəllədə, Corat qəsəbəsi və Bağlar massivinin bir hissəsində suyun verilişi dayandırılacaq.

Yaranacaq fasiləyə görə Sumqayıt Sukanal İdarəsi əhalidən üzr istəyir.


18.02.2020 09:16
92
Loading...