First slide
Bu dua xəstəliklərə şəfa verir, bəladan qoruyur – Səhərə qədər...

Qurani-Kərimin 59-cu surəsi olan "Həşr" surəsi Mədinədə nazil olmuşdur. 24 ayəsi vardır.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Həşr" surəsini oxuyar - behişt və cəhənnəm, ərş və kürsü, yeddiqatlı səma, yeddiqatlı yer, hava, külək, quşlar, ağaclar, dağlar, Günəş və Ay, mələklərin hamısı ona salavat göndərər, onun üçün bağışlanma istəyərlər. Əgər bu surəni oxuduğu gecədə vəfat edərsə, şəhid hesab olunar".

Bu surənin bərəkətləri:

1. Xəstəliklərin şəfasıdır. Həzrət Peyğəmbər (s) buyurur: "Həşr surəsinin son üç ayəsini oxuyan zaman əlini başına qoyun və ayələri qiraət edin ki, bu, Cəbrayilin Allah tərəfindən olan tövsiyəsidir. Bu əməl bütün xəstəliklərin şəfasıdır - ölümdən başqa".

2. Bəladan amanda saxlayar. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Həşr" surəsini cümə gecəsində oxuyarsa, səhərə qədər müxtəlif bəlalardan amanda olar".

3. Hafizəni gücləndirər. İmam Sadiq (ə) buyurur: "Hər kim "Həşr" surəsini yazar və pak su ilə yuyar və içərsə - güclü hafizə ona nəsib olar".

4. Günahların bağışlanması. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Həşr" surəsinin son üç ayəsini oxuyarsa, keçmiş və gələcək günahları bağışlanar".

20.01.2020 08:16
1585

Loading...
close
close