Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi yeni xidməti istifadəyə verib.
Day.Az xəbər verir ki, bundan sonra mərkəzə sualları "whatsapp"-da da ünvanlamaq mümkün olacaq. Bunun üçün vətəndaşlar 070 430 52 78 nömrəsinə "whatsapp" vasitəsilə mesaj yaza bilərlər.
Yazılan mesajlar İnsan Resursları Mərkəzinin əməkdaşları tərəfindən fasiləsiz olaraq 24 saat ərzində cavablandırılacaq.