First slide
“Boko Haram”ın lideri intihar etdi

Nigeriyada fəaliyyət göstərən “Boko Haram” terror qruplaşmasının başçısı Abubakar Şekau ölüb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Mənbə “İslam dövlətinin Qərbi Afrika əyaləti”nin (ISWAP) audioyazısına istinadən bildirib ki, A.Şekau partlayış zamanı həlak olub.

AFP agentliyi isə eyni audioyazıya istinadən xəbər verir ki, A.Şekau “İslam dövlətinin Qərbi Afrika əyaləti” qruplaşmasının təqibindən sonra özünə qəsd edib.

“Boko Haram”dan isə sözügedən xəbəri şərh etməkdən imtina ediblər.

07.06.2021 11:41
4039
Loading...