First slide
BMT-dən Süleymaninin öldürülməsinə SƏRT REAKSİYA

BMT-nin məhkəməsiz icra olunan edamlar üzrə xüsusi məruzəçisi Aqnes Kallamar iranlı general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsinə münasibət bildirib.

O, “Twitter” hesabında qeyd edib ki, general Qasım Süleymani və komandan müavini Əbu Mehdi əl-Mühəndisin öldürülməsi beynəlxalq hüquq və insan haqları qanunlarını pozur:

“Qasım Süleymani hədəfli bir qətlin qurbanı oldu. İnsan hüquqları haqqında beynəlxalq qanunlara əsasən, öldürücü gücün qəsdən tətbiq edilməsi yalnız həyati təhlükəyə qarşı qorunmaq üçün zəruri hallarda istifadə edilə bilər.

Bir insanın keçmişdə “terror” hücumlarında iştirakı onun öldürülməsi üçün kifayət deyil. Bundan əlavə, hədəfdən başqa birinin (məsələn, yaxınlıqdakı ailə üzvlərinin və ya başqalarının) pilotsuz təyyarələrlə öldürülməsi insan hüquqları qanunlarına əsasən özbaşına həyatdan məhrumetmə dövlət məsuliyyətinə və ya fərdi cinayət məsuliyyətinə səbəb ola bilər”.

//oxu.az

03.01.2020 13:50
427

Loading...