First slide
BK 1xBet, SBC Awards 2020-nin 6 nominasiyasında qalib olmağına iddialıdır

1xBet mərc şirkəti nüfuzlu qumar SBC Awards`da eyni anda 6 nominasiyada təqdim olunur. Bukmeker üçün bu nəticə davamlı yüksək iş səviyyəsinin təsdiqidir, çünki 2019-cu ilin sonunda şirkət 6 kateqoriyada da namizəd olmuşdur. Ümumilikdə isə, 1xBet ardıcıl üçüncü ildir ki, sənayedə ən hörmətli mükafatlardan birinə namizəddir.

Şirkətin daxil olduğu nominasiyaların qısa siyahısı belədir:

- İlin ən yaxşı sponsorluğu

- İlin ən yaxşı futbol bukmekeri

- İlin ən yaxşı kiberidman operatoru

- Ən yaxşı mobil tətbiqetmə

- İlin ən yaxşı marketinq kampaniyası

- Ən yaxşı tərəfdaşlıq proqramı

1xBet təmsilçiləri şirkətin eyni anda 6 nominasiya üzrə qısa siyahıda olmağından çox məmnun olduğunu qeyd etdilər. Şirkət əvvəllər “Mərc idman innovasiyası üzrə yüksələn ulduz” və “Ən innovasıyalı tərəfdaşlıq proqramı” nominasiyalarında ən yaxşısı seçilmişdir və bu il qazandıqlarının sayını artıracağına ümid edir.

Builki mükafatlandırma mərasimi 9 dekabrda onlayn rejimdə olacaq. 800-dən çox qonaq dünyanın ən yaxşı mərc şirkətləri və kazinolarının 44 nominasiyada qələbə uğrunda necə mübarizə apardıqlarını canlı izləyə biləcəklər. Tədbirin virtual qonaqları ünsiyyət üçün unikal imkanlarla yanaşı, axşamı daha da maraqlı edəcək bir sıra fəaliyyətlərdən zövq alacaqlar.

SBC Awards təqdimat mərasimi 2014-cü ildən bəri verilir, və öz növləri arasında ən diqqətəlayiq tədbirlərdən birinə çevrilib. Münsiflər heyətinə onlarla nüfuzlu sənaye nümayəndəsi daxildir.

1xBet, Barcelona FK`nun qlobal tərəfdaşıdır, İtaliya A Seriyasının rəsmi yayım tərəfdaşı, İspaniya La Ligasının media tərəfdaşı, NAVI və Cascade kiberidman təşkilatlarının baş partnyorudur. Şirkət bir sıra beynəlxalq idman turnirlərini dəstəkləyir və 1xBet oyunçularının aylıq auditoriyası dünyanın onlarla ölkəsində bir neçə yüz min nəfərdir.

04.11.2020 12:37
142
Loading...