First slide
Bir ailə pomidordan zəhərləndi - Biləsuvarda

Biləsuvurda bir ailənin 4 üzvü qidadan zəhərlənib.

BakuPost-un məlumatına görə, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.

Həmin kənddə yaşayan 1958-ci il təvəllüdlü Adil Əhmədov, onun həyat yoldaşı 1963-cü il təvəllüdlü Mərifət Xasıyeva, övladları-1991-ci il təvəllüdlü Amil Əhmədov və 1997-ci il təvəllüdlü Sevanə Əhmədova qida zəhərlənməsi diaqnozu ilə Biləsuvar rayon mərkəzi xəstəxanasına daxil olublar.

Xəstəxanada ilkin tibbi yardım göstərilib və Bakıda yerləşən Klinik Tibbi Mərkəzə göndəriliblər.

Araşdırmalar zamanı müəyyən edilib ki, ailə evlərində axşam yeməyi zamanı pomidor turşusu yeyiblər. Bir qədər sonra özlərini pis hiss etdikləri üçün xəstəxanaya müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.

03.02.2020 11:06
80
Loading...