First slide
Bəy hamilə bacısının əri ilə ona xəyanət edən nişanlısını toyda rüsvay etdi - FOTO

Çində keçirilən toy mərasimində qalmaqal baş verib.

“Milliyyet” xəbər verir ki, toyda bəy bütün qonaqların gözləri önündə gəlinin ona xəyanət etdiyi görüntüləri yayımlayıb.

Toydan bir müddət əvvəl nişanlısının ona xəyanət etdiyini öyrənən kişi evinə yerləşdirdiyi gizli kamera vasitəsilə qadının xəyanətini təsdiqləyib.

Lakin ən qəribəsi də qadının nişanlısına xəyanət etdiyi şəxsin kimliyi olub. Görüntülər əsasında qadının nişanlısına bacısının əri ilə xəyanət etdiyi üzə çıxıb. Altı aylıq hamilə olan bacısının əri ilə nişanlısına xəyanət edən qadının intim görüntüləri toyda bütün qonaqların qarşısında göstərilib. Görüntülər ekrana gələn kimi bəy qadına “öyrənməyəcəyimi düşündün?” deyib, görüntülər qarşısında şoka düşən gəlin əlindəki gül buketi ilə onu vurmağa başlayıb.

Qonaqların müdaxiləsi ilə ara sakitləşdirilib.

//oxu.az

05.01.2020 22:42
841

Loading...
close
close