Türkiyədə bələdiyyə sədri 54 yaşını dostları ilə dəvə fermasında qeyd edib.
MediaBaku.az xəbər verir ki, karantin qaydalarına məhəl qoyulmayan ad günü şənliyi sosial şəbəkələrdə canlı yayımlanıb.
Bələdiyyə sədrinin məhdudiyyətlərə baxmayaraq belə bir yığıncağı canlı yayımlaması insanlar arasında narazılığa səbəb olub.
Həddən artıq spirtli içki qəbul edən sədr dəvələri öpməyi də özünə vacib bilib.