Azərbaycan millisinin heyətində zədələnmiş "Qarabağ"ın futbolçusu Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.
Aparılmış MRT (Maqnit Rezonans Tomoqrafiya) müayinəsindən sonra futbolçuda 1-ci dərəcəli əzələ dartılması aşkarlanıb. Müayinəyə əsasən, Bədavi Hüseynov 10-14 gün məşqlərdən kənar qalacaq.