First slide
Başqası ilə yaşayan anasını oğlu bıçaqladı - "Qorxutmaq üçün" (FOTO)

Manisada dəhşətli cinayət hadisəsi baş verib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, ailəsindən ayrı yaşayan Kaan Akça dünən axşam saatlarında anasının yaşadığı evin qarşısına gəlib. Anasına zəng edərək aşağı düşməsini istəyən 18 yaşlı oğlan onu 15 bıçaq zərbəsi ilə yaralayıb və qaçıb. Hadisə yerinə təcili yardım və polis çağırılıb. 

Kaan Akça cinayətə səbəbin anasının başqası ilə yaşaması olub. O, bu əməlini anasını "qorxutmaq üçün" etdiyini bildirib. 

18 yaşlı gənc həbs olunub. Anasının müalicəsinin davam etdiyi və vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

 

21.01.2020 21:21
5