First slide
"Banu" Günelin evlilik xəbəri - YALAN ÇIXDI

Bir neçə gün öncə ailə qurmasıyla bağlı xəbər yayılan "Banu" verilişinin aparıcısı Günel Həsənzadə "Space" telekanalında işini davam etdirir.


"Ölkə.Az"-ın əldə etdiyi məlumata görə, o, kollektiv arasında ailə qurmasıyla bağlı yayılan xəbərləri təkzib edir, hətta iş yoldaşlarının təbriklərini də qəbul etmir.


Əməkdaşımız yayılan xəbərlərin doğru olub-olmadığını öyrənmək üçün Həsənzadəylə əlaqə saxlamaq istəsə də, teleaparıcının telefonu bağlı olub.


Qeyd edək ki, bir neçə gün öncə yayılan xəbərdə teleaparıcının türkiyəli iş adamıyla ailə qurduğu bildirilirdi.

30.01.2020 14:08
82
Loading...