First slide
Bakıdan Moskvaya uçan təyyarə təcili eniş etdi - SƏBƏB

Bakıdan Moskvaya uçan Rusiyanın “Aeroflot” şirkətinə məxsus təyyarə bu gün saat 07.40-da Volqoqrad hava limanına təcili eniş edib.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya vətəndaşı olan 54 yaşlı sərnişin bayılıb. Hava limanında təcili tibbi yardım heyəti tərəfindən ona yardım edildikdən sonra həmin şəxs özünə gəlib və xəstəxanaya çatdırılıb.

Təyyarə yoluna davam edərək mənzil başına gəlib.


03.01.2020 11:34
518

Loading...