First slide
Bakıdan Ankaraya uçan təyyarə yarı yoldan geri qayıtdı

Bu gün saat 10:35-də Bakıdan Ankaraya yola düşən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-003 nömrəli reysinin kapitanı texniki səbəblərə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmağa qərar verib.


AZAl-dan Publika.az-a verilən məlumata görə, təyyarə saat 11:05-də Bakının hava limanına uğurlu eniş edib. İlkin məlumata görə, reys saat 12:30-a qədər gecikir

29.02.2020 11:52
99
Loading...