First slide
Bakıda yüksək dozada narkotik qəbul edən gənc küçədə öldü

Bakı şəhərində küçədə inyeksiya üsulu ilə narkotik qəbul edən şəxs vəfat edib.

Panoram.AZ oxu.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən, hadisə şənbə günü, 18 yanvar, saat 09:05 radələrində Yasamal rayonu Akademik Qarayev küçəsində, 95 nömrəli binanın yaxınlığında qeydə alınıb.

Ölümə səbəb narkotik maddənin yüksək dozada qəbul edilməsi olub.

Vəfat edən şəxsin kimliyi məlum olub. Bu, paytaxt sakini, 1989-cu il təvəllüdlü Ədalət Əsgərovdur.

İstintaq Yasamal rayon 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılır.


20.01.2020 20:08
359

Loading...
close
close