First slide
Bakıda yanğın: Ər və arvad xəsarət aldı

Bakıda dördmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 64 kvadratmetr olan mənzildə ev əşyaları 4 kvadratmetr sahədə yanıb.

Yanğın zamanı ev sahibi və onun həyat yoldaşı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzil yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

10.05.2021 10:46
2347
Loading...