First slide
Bakıda taksi sürücüsü qəza törətdi - ağır yaralılar var

Bakının Yasamal rayonunda iki nəqliyyat vasitəsi toqquşub, 3 nəfər xəsarət alıb.

Panoram.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Dairəvi yolunda baş verib.

Taksi fəaliyyəti ilə məşğul olan sürücü idarə etdiyi "Mercedes" markalı avtomobillə digər nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində 1995-ci il təvəllüdlü Əsgərov Azər, 1989-cu il təvəllüdlü Rzayeva Aysel və  1984-cü il təvəllüdlü Əliyeva Fəridə ağır bədən xəsarətləri alıblar.

Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. Həkimlərin verdiyi məlumata görə, onların vəziyyəti orta ağırdır.


14.01.2020 21:56
344

close
close