First slide
Bakıda supermarketdə erməni konfetləri satılır — FOTO

Bu məlumatı və fotoları dostlardan biri göndərib. Həmin dostumuz deyir ki, Xətai metrosunun yaxınlığında, "Freshmart" super-marketində piştaxtada İrəvanda istehsal olunan şokoladlara rast gəlib".

BakuPost xəbər verir ki, bu məlumatı sosial şəbəkə hesabında tanınmış jurnalist Sənan Nəjəfov yazıb.

S.Nəcəfov bildirib ki, bunun şahidi olan şəs mağazanın rəhbərliyinə iradını bildirib: "Onlar həmin şokoladları mağazadan yığışdıracaqlarını deyiblər. Həmin dostumuz bu gün yenə həmin mağazaya gedib. Dediyinə görə, həmin İrəvan istehsallı şokoladların yerinə eyni firmanın Moskva istehsallı şokodları qoyulub. Lakin diqqətlə baxıldıqda aralarında hələ də erməni mallarını tapmaq olur.

Başqa heç nə yazmıram. erməni məhsullarının Bakı piştaxtalarına necə ayaq açdığını araşdırmaq lazımdır. Çox üzücü haldır".


12.01.2020 23:24
3