First slide
Bakıda siqaret çəkənlərə BƏD XƏBƏR - Cərimələr gəlir

Bakıda yeniyetmələrə siqaret satan beş satıcı cərimələnib.

Daxili İşlər Nazirliyindən Panoram.az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsinin Nizami, Xətai və Suraxanı RPİ əməkdaşları ilə birgə keçirdikləri reydlər nəticəsində qeyd olunan rayonlar ərazisində mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Həmin mağazaların satıcıları - H.Bəbirov, A.Şahməmmədov, Ə.Şükürov, Ə.Əsədullayev və İ.Şükürov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

03.12.2019 21:03
1139

Loading...