First slide
Bakıda sabiq icra başçısının oğlu həyat yoldaşını bıçaqladı

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Hüseyn Cavid prospektində baş verib.

Hüseyn Cavid parkının yaxınlığında 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızı bədən və boğazından bıçaq xəsarətləri alıb.

Yaralı təcili xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Məlum olub ki, D.Bəhmənova keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Qeyd edək ki, D.Bəhmənovanın keçmiş yoldaşı Şuşa şəhər icra hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğludur.

//APA


03.02.2020 23:14
108
Loading...