First slide
Bakıda məşhur şadlıq sarayında kütləvi dava: Yaralılar var

Bakıda şadlıq sarayında kütləvi dava baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən “Ağ çiçəyim” şadlıq evində qeydə alınıb.

Toy mərasimində iştirak edən qonaqlar arasında yaranan mübahisə kütləvi davaya çevrilib. 

Nəticədə, iki nəfər - 1982-ci il təvəllüdlü Ruslan Məmmədov və 1978-ci il təvəllüdlü Mirbəhrəm Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Hadisə zamanı R.Məmmədovun burnu sınıb.

Faktla bağlı araşdırma aparılır.


13.01.2020 14:13
571

Loading...
close
close