First slide
Bakıda külək yaşayış binasının pəncərəsini qopardı

Bakıda güclü külək bir sıra fəsadlar törədib. 

Panoram.az-ın xəbərinə görə, hazırda Bakının Nəriman Nərimanov rayonu İzzəddin Həsənoğlu 10  ünvanında külək binanın 10-cu mərtəbəsinin eyvanının pəncərəsini uçurub.

Qırılan pəncərə üçüncü mərtəbənin eyvanına düşüb.

Nəticədə üçüncü mərtəbədəki məznilin də eyvanına ziyan dəyib. Həmçinin, qırıntılar həyətdə dayanan iki maşına da ciddi ziyan vurub./Unikal.org

       
09.02.2020 11:53
28
Loading...