First slide
Bakıda "Hozu" ləqəbi Raufa 13 il həbs verildi

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində 2019-cu il iyunun 14-də baş verən silahlı insident zamanı yeznəsini güllələyən, "Hozu" ləqəbi ilə tanınan Rauf Şirinovun cinayət işi başa çatıb.


Panoram.az oxu.az-a istinadən xəbər verir ki, istintaq zamanı hadisənin təfərrüatları məlum olub. Belə ki, iyunun 13-də Ramiz Məmmədov Rauf Şirinovun bacısı Məleykə Məmmədovanı onun və ailə üzvlərinin yanında nalayiq sözlərlə təhqir edib. Rauf Şirinov bunu şəxsiyyəti, şərəf və ləyaqətini alçaldan hərəkətlər kimi qəbul edib və qisas niyyətilə yeznəsini öldürmək qərarına gəlib.


Bundan əlavə cinayətkar onu da bildirib ki, yeznəsi yaxşı imkanı olduğu üçün ona daim yuxarıdan-aşağı baxıb.


O, içərisində 3 ədəd patron olan "Vinçester" tipli tüfənglə silahlanaraq, sərxoş vəziyyətdə idarə etdiyi "Mercedes" markalı avtomobillə Ramiz Məmmədovun iş yerinə gəlib.


Təmir sexlərinin qarşısında dayanmış yeznəsinə, onun və ailə üzvlərinin yanında bacısını etdiyi təhqirlərə görə iradını bildirib, silahı ona nümayiş etdirməklə, real əsasla öldürəcəyi ilə hədələyib.


Bu zaman Ramiz Məmmədov öz şəxsi avtomobilinə oturaraq Raufa onun ardınca gəlməsini deyib.


Təxminən 400 metr aralandıqdan sonra Ramiz qəflətən avtomobilini onun maşınının qabağında saxlayıb. Rauf yeznəsinin maşından düşdüyünü görüb, sükanı tərk etmədən elə avtomobilin içərisindən ona üç dəfə atəş açıb. H


adisədən sonra o, üç gün gizlənərək iyunun 17-də qarajdan götürdüyü silahla polisə təslim olub


Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o,13 il müddətinə azadlıqdan məhrum olunub.ф

18.01.2020 10:15
0