First slide
Bakıda dəhşət: Polis qardaşı tərəfindən qətlə yetirildi

Bakıda polis əməkdaşı qətlə yetirib.


 Panorama.az-ın oxu.az-a istinadən verdiyi məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.


Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Ramazanov Araz İrza oğlu Nərimanov rayonu, M.Nağıyev küçəsi 3, mənzil 1-də yaşadığı ünvanda qardaşı, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşı, 1989-cu il təvəllüdlü Ramazanov Anar İrza oğlu ilə mübahisə edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.


Hadisəni törədən şəxs saxlanılıb.

25.02.2020 10:20
11
Loading...