First slide
Bakıda dəhşət: bardan gətirdikləri 2 qızı öldürüb,meyiti kravatın altında gizlətdi (18+VİDEO)

Bakıda illər öncə  baş  vermiş  dəhşətli  qətlin  üstü açılıb.

Oxu24.com  xəbər  verir  ki, Nizami rayonunda,Əhmədli qəsəbəsində   evdən çarpayının altından 2 qadın  və 1 kişi  meyitinin  tapılması ilə bağlı şok təfərrüat  məlum  olub.

İstintaq araşdırması  zamanı   məlum  olub  ki, evdən meyiti  tapılan  şəxlsər  Xətai  rayon  sakini  Emin Ağayev,Xaçmaz rayon sakini  Validə Əbdülkərimova  və Ağstafa rayon sakini Ülviyyə Nəsirovadır.Meyitlər  uzun müddət  çarpayının altında qaldığından  onlar çürüyüb  və ətrafa  pis  qoxu  yayılıb.

Kriminal  verilişində  qətlin şok təfərrüatı açıqlanıb.

Qətli  törədən  şəxsin  ələ  keçirilməsində  mənzildən  tapılan  siqaret  qutusu  və siqaret  kötükləri  kömək  edib. Məlum olub ki, qətli idmançı Yevlax rayon sakini Elnur Həsənovun  törətdiyi  məlum  olub. O ,qətli Bəhruz  İbadov adlı  şəxslə  birlikdə  etdiyini  istintaqa  açıqlayıb.

Onlar istintaqa verdikləri  ifadədə  qızları  Neftçilər  metrosu  yaxınlığından  bardan intim münasibət üçün  evə  gətirdiklərini  bildiriblər. Onlar qızlara 40 dollar  veriblər  və  intim münasibətdə  olublar. Həmin gecə  Emin Ağayev də onların evində  olub. Aralarında yaranmış mübahisə  zamanı Bəhruz Ağayevi Emini öldürərək  çarpayının altında gizlədib.Daha sonra  bara gedərək  oradan  qız  gətiriblər. Qızlardan  biri çarpayının altında meyit gördükdən  sonra qışqırmağa başlayıb. Bunu  görən  dostlar bardan gətirdikləri  qızları da öldürərək  çarpayının  altında gizlədib.

Hadisə ilə bağlı 18+ videonu  və  təfərrüatı  təqdim  edirik:


05.02.2020 09:06
196
Loading...