First slide
Bakıda dava - İki nəfər bıçaqlandı

Bakının Binəqədi rayonunda iki nəfər dava zamanı bıçaqlanıb.

BakuPost xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Talıbov Şafiq Mamed oğlu və 1978-ci il təvəllüdlü Məmmədov Rahim Rəşid oğlu tanımadıqları şəxlə mübahisə edib. Mübahisə zamanı onların hər ikisi bıçaqlanıb.

Yaralılar 1 saylı şəhər xəstəxanasına çatdırılıb.


       
19.02.2020 22:51
37
Loading...