First slide
Bakıda daha bir faciə - 3 tələbə qız...

Bakının Səbail rayonu, Bayıl qəsəbəsində baş vermiş bədbəxt hadisə zamanı ölən əcnəbi tələbələrin şəxsiyyəti məlum olub.

APA-nın məlumatına görə, bunlar 1997-ci il təvəllüdlü Tarukki Amaya, 1995-ci il təvəllüdlü Tausi Jayavodi və 1999-cu il təvəllüdlü Malişi Tayukidir.

Şri-Lanka vətəndaşları olan qızların Bakıda fəaliyyət göstərən Qərbi Xəzər Universitetinin tələbələri olduğu bildirilir. Tələbə qızlar iki ay imiş ki, həmin mənzildə məskunlaşıblar. Onların meyitləri müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib.

Qeyd edək ki, yanğını ilk olaraq qonşulardan biri görüb və həmin şəxs tələbə qızların qaldığı mənzilin pəncərəsini sındıraraq onlara kömək etmək istəyib. Ancaq artıq gec olub, qızlar yatmış vəziyyətdə zəhərlənərək ölüblər.

10.01.2020 10:31
2