First slide
Bakıda avtomobil polisi vuraraq öldürdü

Bakıda polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report”un xəbərinə görə, hadisə bu gün səhər saatlarında, paytaxtın H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Prado" markalı avtomobil idarətməni itirərək yol kənarında xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşını vurub.

Faktı "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti təsdiqləyib.

Hadisə ilə bağlı araşdırma aparılır.


03.02.2020 10:24
19
Loading...