First slide
Bakıda 2 avtobus toqquşub, xəsarət alan var

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Panorama.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

35 və 40 saylı marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusları toqquşub. Qəza zamanı avtobusda olan sərnişin, 1968-ci il təvəllüdlü İsmayılova Gülbəniz Lətif qızı xəsarət alıb.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona sol biləyin və qolun əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

06.01.2020 22:37
413

close
close