First slide
Bakı-Sumqayıt yolunda qəza: yaralılar var

Abşeron rayonunda iki avtomobilin iştirakı ilə yol qəzası baş verib. Hadisə Bakı-Sumqayıt şossesində qeydə alınıb. 

İki minik avtomobilinin toqquşması nəticəsində bir ailənin üzvləri - 55 yaşlı Hacıyeva Fatma Firuz qızı, 50 yaşlı Şirinova Təzəgül Əlif qızı və 7 yaşlı Mustafayev Həsən Elxan oğlu xəsarət alıblar

Hər üç yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

12.01.2020 23:33
4