First slide
Bakı-Qazax yolunda maşın aşdı - Bir ailənin üç üzvü...

Bakı-Qazax magistral yolunun Yevlax və Ağdaş rayonlarının kəsişdiyi hissəsində yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın Mingəçevir bürosunun məlumatına görə, minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində avtomobilin içərisində olan sürücü və ailə üzvləri - 1987-ci il təvəllüdlü Sadıqova Vüsalə Elşən qızı, 1986-cı il təvəllüdlü Sadıqov Etibar Azər oğlu və 2011-ci il təvəllüdlü Sadıqova İzel Etibar qızı müxtəlif bədən xəsarətləri alaraq Yevlax Rayon Xəstəxanasına yerləşdiriliblər. 

Qeyd edək ki, qəzada xəsarət alan ailə üzvləri Bakı sakinləridir.

Faktla bağlı araşdırma aparılır.

20.12.2019 07:21
547
Loading...